Mar 23, 2019 11:53 Asia/Baku
  • BMT-nin Qadınlar Komissiyasında İranın qətnamə layihəsi qəbul olunub
    BMT-nin Qadınlar Komissiyasında İranın qətnamə layihəsi qəbul olunub

Birləşmiş Millətlər Təşkilatının Qadınlar Komissiyasının 63-cü iclası öz yekun sənədində İran İslam Respublikasının təklifinə əsasən, inkişafda olan ölkələrə qarşı BMT Əsasnaməsi və beynəlxalq hüquq normalarına zidd olan hər cür birtərəfli iqtisadi, maliyyə və ticarət hərəkətlərindən çəkinilməsini istəyibdir.

İnkişafda olan ölkələrə qarşı BMT Əsasnaməsi və beynəlxalq hüquq normalarına zidd olan hər cür birtərəfli iqtisadi, maliyyə və ticarət hərəkətlərindən çəkinmə Amerikanın və Avropa Birliyinin ciddi müxalifəti ilə üzləşib, amma Kuba, Çin, Pakistan və Nikaraqua ölkələri, eləcə də Afrika qrupu ona dəstək veriblər və sonda bu layihə qəbul olunubdur.

BMT-nin Qadınlar Komissiyasının iclası martın 11-dən 22-dək “Sosial təminat, ictimai xidmətlər və davamlı insfrastrukturlar” adı altında bu təşkilatın Nyu-Yorkda yerləşən iqamətgahında keçirilibdir.

Qeyri-rəsmi iqtisadiyyat daxil olmaqla iqtisadiyyat sahələrində qadınların əməyinin məhsuldarlığının himayə olunması üçün sosial təminat, ictimai xidmətlər və davamlı insfrastrukturlarda sərmayənin yatırılması və bu sərmayə yatırımlarının büdcənin azalması və iqtisadi sərtliklər ilə zəifləməyəcəyi barədə əminliyin əldə olunması; cinsi bərabərlik üzrə çoxtərəfli öhdəliklər, qızlar və qadınların bütün yaş səviyyələrində sosial xidmətlərdən istifadə edə bilmələri, o cümlədən təqaüd və səhiyyə xidmətləri üçün bir çətirin yaradılması BMT-nin Qadınlar Komissiyasının yekun sənədində dərc olunmuş digər hallardan elan olunubdur.

Bu sənəddə həmçinin sosial təminat, ictimai xidmətlər və davamlı insfrastrukturlar üzrə sistemlərlə bağlı qərarların çıxarılması və siyasi dialoqlarda qadınların və qadın təşkilatlarının iştirakı və rəhbərliyinin gücləndirilməsinə təkid olunubdur.

BMT-nin Qadınlar Komissiyasının iclasında həmçinin tarixi və struktur bərabərsizliklərdə kökə malik olan və qadınlara qarşı əhatəli zorakılığa səbəb olan cəzalar və cavabdehliyin olmaması kəskin tənqid atəşinə tutulubdur.

 

Teqlər

Şərhlər