Apr 23, 2019 07:55 Asia/Baku
  • Şimali Koreya Kim Çen Inın Rusiyaya səfə
    Şimali Koreya Kim Çen Inın Rusiyaya səfə

Şimali Koreya rəsmi şəkildə təsdiq edib ki, bu ölkənin rəhbəri Rusiya prezidentinin dəvətilə yaxın gələcəkdə Moskvaya səfər edəcək.

Şimali Koreyanın rəsmi informasiya agentliyi bu gün səhər tezdən bildirib ki, bu ölkənin rəhbəri Kim Çen In Moskvanın rəsmi dəvətilə Rusiyaya səfər edəcək, amma bu səfərin dəqiq vaxtını qeyd etməyibdir.

Bundan qabaq Kremlin sözçüsü Dmitri Peskov demişdi ki, Rusiya prezidenti Vladimir Putin və Kim Çen In aprel ayının sonunadək Moskvada görüşəcəklər.

Putinin beynəlxalq bir iclasda iştirak etmək üçün aprelin 25-dən Çinə səfər edəcəyini nəzərə alaraq, ehtimal vermək olar ki, In-ın Rusiyaya səfəri həmin tarixdən öncə baş tutacaq.

Teqlər

Şərhlər