Apr 26, 2019 10:03 Asia/Baku
  • Amerika müzakirələrdə birtərəfli rəftar edir
    Amerika müzakirələrdə birtərəfli rəftar edir

Şimali Koreyanın rəhbəri deyib ki, Koreya yarımadasında sülhün bərqərarı Amerikanın davranışlarından asılıdır.

Şimali Koreyanın rəhbəri Kim Çen In bu gün səhər tezdən Rusiyanın Uzaq Şərqdə yerləşən Vladivostok liman şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşdə söyləyib ki, Amerika prezidenti fevral ayında Vyetnamın Hanoy şəhərində keçirilən müzakirələr zamanı birtərəfli rəftara üz tutdu.

Şimali Koreyanın rəhbəri deyib: Koreya yarımadasının durumu hazırda böhranlıdır.

Çərşənbə günü Rusiyaya daxil olmuş Kim Çen In həmçinin bu ölkə prezidenti ilə görüşünü dostcasına görüş adlandırıb.

Şimali Koreyanın rəsmi xəbər agentliyinin məlumatına görə, Kim Çen In Vladimir Putini öz ölkəsinə səfərə dəvət edib və qarşı tərəf də bu dəvəti qəbul edibdir.

Şimali Koreya və Rusiya rəhbərləri Vladivostok şəhərində razılığa gəliblər ki, öz ticari və iqtisadi əlaqələrini yeni bir səviyyəyədək yüksəltsinlər.

Şimali Koreyanın rəhbəri Kim Çen In ilk dəfədir ki, Rusiyaya səfər edir.

Teqlər

Şərhlər