May 05, 2019 11:41 Asia/Baku
  • BMT Qəzzənin durumundan nigarançılıq edib
    BMT Qəzzənin durumundan nigarançılıq edib

BMT rəsmisi Qəzzə zolağında vəziyyətin pisləşməsi ilə əlaqədar öz narahatlıqlarını ifadə edərək, bütün tərəfləri təmkinli olmağa çağırıb.

BMT-nin Yaxın Şərq sülhü üzrə xüsusi koordinatoru Nikolay Mladenov bir bəyanatda Qəzzədə mülkilərin öldürülməsindən nigarançılıq edərək, bildirib ki, bu təşkilat vəziyyəti sakitləşdirmək üçün Misir və bütün tərəflərlə həmkarlıq etməkdədir.

Bu BMT rəsmisi münaqişənin bütün tərəflərini ən qısa müddətdə gərginliyi azaltmağa çağırıbdır.

Mladenov söyləyib: Hazırkı qarşıdurmalar son həftələr ərzində Qəzzə əhalisinin əzablarının azaldılması və Qəzzənin mühasirəsinin aradan qaldırılması üçün yaranmış nəzərəçarpacaq irəliləyişi təhlükəyə salır.

Teqlər

Şərhlər