May 15, 2019 11:44 Asia/Baku
  • Lavrov: ABŞ-ın nüvə anlaşmasındna çıxmaq qərarı yanlış idi
    Lavrov: ABŞ-ın nüvə anlaşmasındna çıxmaq qərarı yanlış idi

Rusiyanın xarici işlər naziri Moskvada ABŞ dövlət katibi Mayk Pompeo ilə birgə mətbuat konfransında Vaşinqtonun nüvə anlaşmasından çıxmağa dair qərarını yanlış qərar adlandırdı.

İRİB-nin bildirdiyinə görə, Sergey Lavrov dedi: Rusiya İran və nüvə anlaşmasına dair ABŞ ilə bir çox fikir ayrılığına malikdir. 

Pompeo da bu mətbuat konfransında bir daha İran İslam Respublikasına qarşı əsassız ittihamları təkrar edərək, gülünc bir iddiada ABŞ-ın İranın normal bir ölkə kimi rəftar etməsini istədiyini dedi.

ABŞ dövlət katibi həmçinin dedi: Vaşinqton Tehranın rəftarını dəyişəcəyi zamana kimi təzyiqlərini davam etdirəcəyini dedi.

 

Şərhlər