May 15, 2019 16:21 Asia/Baku
  • CENTCOM və Britaniyalı generalın İran təhdidi ilə bağlı təzadlı fikirləri
    CENTCOM və Britaniyalı generalın İran təhdidi ilə bağlı təzadlı fikirləri

ABŞ-ın Mərkəzi Qərargahı CENTCOM-un sözçüsü anti-İŞİD koalisiyası rəsmilərindən birinin İranla bağlı mövqeyini rədd etdi.

Fars xəbər agentliyinin bildirdiyinə görə, Bill Urban bir bəyanat yayaraq, iddia edib ki, ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının baş komandan müavini Kris Gikanın səsləndirdiyi fikirlər ABŞ və müttəfiqlərinin regionda İranın himayəsində olan qüvvələrlə bağlı malik olduqları informasiyalar ilə üst-üstə düşmür.

Kris Gika çərşənbə axşamı İraq və Suriyada İran ilə müttəfiq qüvvələr tərəfindən hiss olunan təhdidin artmadığını dedi.

Bu britaniyalı general daha sonra öz sözlərini ABŞ-ın İranla bağlı iddialarına uyğunlaşdırmağa çalışsa da, onun sözləri beynəlxalq medialarda geniş rezonans doğurub. Analitiklər onun sözlərinə istinad edərək, ABŞ-ın İranla bağlı gerçəklikləri təhrif etməyə çalışdığını bildiriblər.

ABŞ hökuməti son zamanlar İraq və Suriyada İran ilə müttəfiq qüvvələrin ABŞ hərbçilərinə hücum etməyə hazırlaşdıqlarına dair məlumat əldə etdiyini iddia edib.

Şərhlər