May 15, 2019 18:16 Asia/Baku
  • ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları; dolların imperiyasına son qoymaq üçün bir fürsət
    ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları; dolların imperiyasına son qoymaq üçün bir fürsət

Çin televiziyası ABŞ-ın İrana qarşı birtərəfli sanksiyasını dolların dünyadakı hegemonluğuna son qoymaq üçün münasib fürsət adlandırdı.

Çinin CJTN telekanalı çərşənbə günü bildirib: ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları sübut etdi ki, dünya dolların hegemonçuluğuna son qoymalı və digər valyutalar ölkələr arasındakı mübadilələrə daxil edilməlidir. 

CJNT telekanalı bu addım üçün ən tutarlı dəlilin ABŞ-ın nüvə anlaşmasından çıxması adlandırıb və bildirib: digər tərəflər indiyə kimi bu anlaşmaya sadiq qalsalar da, Vaşinqton birtərəfli qaydada ondan çıxdı. 

Bu Çin telekanalı həmçinin bildirdi: dünyanın tək bir valyutaya söykənməsi artıq qəbul edilməzdir. Çünki, ABŞ-ın İrana qarşı sanksiyaları sübut etdi ki, valyuta mexanizmlərini çeşidli etmək lazımdır. 

Şərhlər