May 17, 2019 13:53 Asia/Baku
  • Hindistanın nəzarətində olan Kəşmirdə geniş tətil keçirilib

Hindistanın nəzarətində olan Kəşmirin əhalisi Yeni-Dehlinin cinayətlərinə və repressiv siyasətlərinə etiraz olaraq, tətil keçirib.

Bu gün Hindistanın nəzarətində olan Kəşmirdə geniş tətilin keçirilməsinin ardınca bu məntəqənin fəaliyyətləri pozulub və bütün dövlət, ticarət, təhsil və alqı mərkəzləri tətil vəziyyətinə gəliblər.

"Kəşmir Hüriyyət Konfransı"nın başçılarından olan Seyyid Əli Gilani və Mir Vaiz Ömər Faruq dünən Kəşmir əhalisindən istəmişdilər ki, Hindistanın zorakı siyasətlərinə və kəşmirlilərin qırğın edilmələrinə etiraz olaraq, cümə günü tətil və aksiya keçirsinlər.

Dünən Hindistanın nəzarəti altında olan Kəşmirin Pəlvamə və Şupiyan məntəqələrində bu ölkənin təhlükəsizlik qüvvələri ilə silahlı hücumlar arasında baş vermiş toqquşmada beş hücumçu, iki kəşmirli və iki hind hərbçi öldürülübdür.

Hindistanın təhlükəsizlik qüvvələri həmçinin Pəlvamə məntəqəsində Kəşmir əhalisinə tərəf atəş açıblar.

Hindistan illər boyudur minlərlə hərbçi yerləşdirməklə Kəşmirin bəzi məntəqələrini öz nəzarəti altına alıb və otuz il ərzində on minlərlə nəfəri qətlə yetiribdir.

Kəşmir əhalisi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Kəşmirin durumunun təyin edilməsi üzrə referendumun keçirilməsi haqdakı qətnaməsinin icra edilməsini istəyir, Hindistan hökuməti isə daima buna qarşı çıxır.

Şərhlər