May 19, 2019 12:26 Asia/Baku
  • Avstriya xalqı vaxtından əvvəl seçkilər dedi
    Avstriya xalqı vaxtından əvvəl seçkilər dedi

Minlərlə Vyana sakini vaxtından əvvəl seçkilərin keçirilməsi tələbi ilə aksiya keçirib.

Fransa xəbər agentliyinin bildirdiyinə görə, Avstriya kanslerinin ofisi önündə keçirilən aksiya zamanı iştirakçılar kansler Sebastiyan Kortesdən vaxtından əvvəl seçkilərin keçirilməsi üçün təcili olaraq lazımı tədbirlər görməsini istədilər.

Avstriya kansleri Sebastiyan Kurts müavini və ifratçı sağçı partiyanın rəhbəri Hayns Kristin Ştraxe barədə qalmaqal yaradan video-görüntülərin yayımlanmasının ardınca vaxtından əvvəl seçkilərin keçirilməsini istədi.

Almaniyada çıxan Şpigel və Zodviçe qəzetləri Hayns kristin Ştraxe barədə bir video görüntü yayımlayıblar. 2017-ci ilə aid olan bu video görüntüdə Hayns Kristin Ştraxe Rusiya vətəndaşı olduğu iddia edilən bir qadın ilə görüşüb, ondan seçkilərdə partiyasına sponsorluq etməsini istəyib.

Bu filmin yayılmasının ardınca Ştraxe şənbə günü Avstriya kanslerinin müavini və partiya rəhbərlyi vəzifələrindən istefa verməyə məcbur oldu.

Teqlər

Şərhlər