Jun 30, 2019 21:40 Asia/Baku
  • Rusiya Krımda manevr keçirib
    Rusiya Krımda manevr keçirib

Rusiya Krım məntəqəsində və ətraf sulardakı hərbi gücünü göstərmək üçün manevr keçiribdir.

Krım məntəqəsində və ətraf sularda keçirilən bu manevrdə Rusiyanın quru, dəniz və hava qüvvələrindən bölmələr iştirak ediblər.

Rusiya bu manevrdə dəniz və su-quru savaşlarında öz dəniz qüdrətini, tanklar və zirehli tranportlyorların kənarında bir neçə ədəd modern təyyarə və zirehli bölmənin iştirakı ilə nümayiş etdiribdir.

Krım yarımadası 6 mart 2014-cü il referendumu ilə Ukraynadan ayrıldı və bu referendumda 96,8 faizlik bir səslə Rusiyaya qatıldı.

Amerika və Avropa Birliyi bu qatılmada, eləcə də Moskvanı Ukraynanın şərqindəki toqquşmalarda ittiham etməklə 2014-cü ildən etibarən, Rusiyaya qarşı silsilə iqtisadi və maliyyə sanksiyaları tətbiq ediblər ki, bu addım Moskvanın qarşılıqlı reaksiyasına səbəb olubdur.

Teqlər

Şərhlər