Jul 11, 2019 08:34 Asia/Baku
  • Ryabkov: İran və Venesuela barədə ABŞ ilə ciddi fikir ayrılığına malikik

Rusiya xarici işlər nazirinin müavini dünən Finlandiyanın paytaxtı Helsinkidə ABŞ dövlət katibinin siyasi müavini Devid Heyl ilə görüşdən sonra deyib: Moskva və Vaşinqton İran və Venesuela barədə bir-birilə fikir ayrığına malikdirlər.

Ryabkov belə qeyd edib: Rusiya və Amerika Suriya, Koreya yarımadasının nüvə tərkisilahı, Əfqanıstan və terrorizmlə mübarizə barədə bir-biriləri ilə anlaşmaya malikdirlər, amma İran və Venesuela barədə iki tərəf arasında kəskin fikir ayrığı mövcuddur.

Amerika hökuməti bir ildən çoxdur ki, birtərəfli şəkildə nüvə anlaşmasından çıxıb və İrana qarşı geniş sanksiyalar tətbiq edibdir.

Vaşinqtonun bu hərəkəti beynəlxalq səviyyədə geniş surətdə pislənibdir.

Rusiya indiyədək dəfələrlə bu sanksiyaları qanunsuz adlandırıb və İrana təzyiq və nüvə anlaşmasını zəiflətməyə səy göstərməsinə görə Vaşinqtonu tənqid edibdir.

Şərhlər