Jul 11, 2019 13:19 Asia/Baku
  • Amerikalıların üçdə ikisi Trampa inanmır

Bir amerikan müəssisənin rəy sorğusuna əsasən, bu ölkə əhalisinn üçdə iki hissəsi Amerika prezidentini etimadolunmaz bir şəxs adlandırıb.

Dünən yayılmış "Qallup" müsəssisəsi tərəfindən aparılmış yeni rəy sorğusu göstərdi ki, Amerika xalqının əksər hissəsi bu ölkə prezidenti Donald Trampın sədaqətli bir şəxs olmaması qənaətindədir.

"Qallup" müsəssisəsi tərəfindən yayılmış statistikalara əsasən, amerkalıların təkcə 44 faizi bu qənaətdədir ki, Tramp öz vədlərinə sadiq qalmağa qadirdir.

Bu məlumata görə, Donald Tramp "sədaqət" və "etimad qabiliyyəti" baxımından ən aşağı reytinq miqdarına malikdir və amerikalıların təkcə 34 faizi onu sadiq və etimadediləsi hesab edibdir.

Bu rəy sorğusu iyunun 3-dən 16-dək 1015 amerikalının iştirakı və dörd faiz xəta ilə keçirilibdir.

"Vaşinqton Post" qəzeti və "ABC Nyus" telekanalının ən yeni birgə rəy sorğusunun nəticlələrinə əsasən, Amerika xalqının 65 faizi bu qənaətdədir ki, Trampın bu ölkənin prezidenti olduğu gündən bəri göstərdiyi fəaliyətlər qeyri-münasib formada və bir prezident rəftarından uzaq olubdur.

Teqlər

Şərhlər