Jul 11, 2019 15:27 Asia/Baku
  • Pakistanda iki qatar toqquşub; azı 11 nəfər həlak olub

Pakistanın Pəncab əyalətinin "Rəhimyar xan" şəhərinin yaxınlığında bir sənişin qatarının bir yük qatarı ilə toqquşması nəticəsində azı 11 nəfər həlak olub.

Hadisə bu gün səhər baş verib. Nəticədə on bir nəfər ölüb, 67 nəfər də yaralanıbdır.

Hələ hadisənin səbəbi bəlli deyildir.

Pakistanın dəmiryolu naziri Şeyx Rəşid Əhmədin dedyinə görə, xəsarət almış şəxslər xəstəxanaya köçürülüblər. Hadisənin səbəbini araşdırmaq üçün bir komitə yaradılıb.

Pakistanın prezidenti Arif Ələvi və baş naziri İmran xan hadisədə həlak olanların ailələrinə başsağlığı müraciətləri veriblər.

Pakistanın dəmiryolu donanması köhnədir və bu ölkədəki qatarların ömrü keçmiş onilliklərə qayıdır.

Şərhlər