Jul 12, 2019 17:18 Asia/Baku
  • İngiltərənin ABŞ-dakı səfirinin Trampı təhqir etməsi bəhsi davam edir

İngiltərənin ABŞ-dakı səfirinin Trampı dəmdəməki, faydasız və ləyaqətsiz bir şəxs, onun hökumətini isə xüsusən İran qarşısında, başını itirmiş, çaş-baş bir hökumət adlandıran gizli yazışmalarının ifşa edilməsi üzrə qalmaqallı macəra hələ də bu ölkənin mediası, siyasi dairələri və ümumi fikrini özü ilə məşğul edibdir.

Trampın təhqirləri, o cümlədən İngiltərənin ABŞ-dakı səfirini axmaq, həmin ölkənin baş nazirinin Avropa Birliyindən çıxmaq üzrə metodalarını isə axmaqcasına adlandırması şübhəsiz, Amerikanın qədim yoldaşına baha başa gələcəkdir.

Müsahibə(kişi): Hamımız bu hadisədən şok olduq. Bu səbəbdən, bütün həmkarlarımızla təcili iclas keçirdik.

İngiltərə rəsmiləri bəlkə bu ölkənin ən yüksək diplomatik rəsmisinin gizli yazışmalarının ifşa olunması haqda söhbət etməyə meylsiz olsunlar. Amma ekspertlər onu böyük rüsvayçılıq və İngiltərənin hakim dairələrində bir çaşqınlıq adlandırırlar.

Müsahibə(kişi): Hakim mühafizəkarlar partiyası belə görünür ki, tamamilə parçalanmaya düçar olub. Üç ildən sonra hələ xalqın breksit referendumundakı istəyini yerinə yetirə bilməyibdir. Belə bir halda, statistikalar İngiltərədə iqtisadi və ictimai problemlərin və cinayət hallarının misli görünməmiş şəkildə artmasından xəbər verir. İndi bu hökumət dəniz avantüraları ilə çalışır ki, ümumi fikri yayındırsın və uğursuzluqlarını ört-basdır etmiş olsun. Ekspertlərin qənaətincə, bir Amerika prezidentinin ingilis rəsmiləri misli görünməmiş tərzdə təhqir etməsindən irəli gələn çaşqınlıqlardan sonra Londonun ümumi fikri bu məsələlərdən və xoşagəlməz hadisələrdən yayındıra biləcək bir macəraya ehiyacı, hər zamandakından daha çox hiss olunur. Bu kimi hərəkətlərin İngiltərə hökumətinin problemlərə üstün gəlməsinə nə qədər kömək edəcəyi məlum deyil, amma ekspertlərin vurğuladıqları məsələ, İngiltərənin ikinci dünya müharibəsindən sonra ən böhranlı siyasi və iqtisadi şəraitə düşməsidir.

 

Şərhlər