Jul 14, 2019 13:59 Asia/Baku
  • İngiltərənin Vaşinqtondakı səfirinin qeydlərindən yeni detallar
    İngiltərənin Vaşinqtondakı səfirinin qeydlərindən yeni detallar

İngiltərənin Vaşinqtondakı səfirinin gizli yazışmalarının digər bir hissəsinin ifşa olunması göstərir ki, onun qənaətinə görə, Amerika prezidenti yalnız şəxsi dəlillərə görə, İranla nüvə anlaşmasından çıxıbdır.

"Daily Mail" qəzetinin məlumatına görə, İngiltərənin istefa vermiş Vaşinqtondakı səfiri Kim Darrokun Amerika prezidenti Donald Trampın hökumətinin ləyaqətsizliyi və faydasızlığı barədəki gizli mesajlarının üzə çıxmasından bir həftə sonra yenə də Londonla olmuş bu yazışmanın digər bir hissəsi yayılıbdır.

Bu məlumata görə, Londonla olmuş gizli yazışmalarının üzə çıxmasından sonra ötən həftə istefa verməyə məcbur olmuş Darrok İngiltərə baş nazirliyi ofisinə ünvanlanmış bu mesajda bildirir ki, Tramp yalnız Amerikanın keçmiş prezidenti Barak Obamanı əsəbiləşdirmək üçün və şəxsi dəlillərə görə, nüvə anlaşmasını cırdı və İngiltərənin sabiq xarici işlər naziri Boris Conson da ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşdə onları bu anlaşmada qalmağa qane edə bilmədi.

Teqlər

Şərhlər