Jul 15, 2019 10:09 Asia/Baku
  • Nigeriyada
    Nigeriyada "Zəkzakiyə azadlıq!" aksiyası keçirilib

Nigeriyanın Kano şəhərinin əhalisi Şeyx Zəkzakiyə dəstək aksiyası keçirib. Onlar bu müsəlman din aliminin azad edilməsini tələb ediblər.

Nigeriyanın ikinci böyük şəhəri olan Kano şəhərinin əhalisi geniş aksiya keçirərək, bu ölkənin islami hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin azadlığa buraxılmasını istəyib.

Etirazçılar vurğulayıblar ki, Şeyx Zəkzakinin həbsinin davam etməsi qanunsuz olaraq. Nigeriya xalqının böyük bir hissəsini təhrik edən amildir.

Nigeriya ordusu 2015-ci ildə Zaria şəhərində Şeyx Zəkzakinin tərəfdarlarının aksiyasına hücum etdi və bir qətli-amda təqribən min nəfəri, o cümlədən Şeyx Zəkzakinin oğlunu şəhid etdi.

Şeyx İbrahim Zəkzaki də o zamandan bəri Nigeriya məhbəsindədir. Son məlumatlara əsasən, o. pis rəftar və işgəncə nəticəsində olduqca ağır cismani vəziyyətə malikdir və bundan əziyyət çəkir.

Teqlər

Şərhlər