Jul 16, 2019 07:40 Asia/Baku
  • Moqerini: Nüvə anlaşması qorunmalıdır
    Moqerini: Nüvə anlaşması qorunmalıdır

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi dünən gecə bu birliyin Brüsseldə keçiriən xarici işlər nazirləri iclasından sonra bir daha nüvə anlaşmasının önəmini vurğulayıb və bu beynəlxalq anlaşmanın qorunmasını istəyib.

Müxbirlər qarşısında nüvə anlaşması üçün heç bir alternativin olmadığını qeyd edən Federika Moqerini vurğulayıb ki, bu beynəlxalq anlaşma hamının maraqları istiqamətindədir.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi İranın son nüvə anlaşması addımlarına da işarə edib. Deyib ki, hal-hazırda nüvə anlaşması tərəflərindən heç biri İranın son hərəkətlərini nüvə anlaşmasının ciddi şəkildə pozulması bilmir.

İran İslam Respublikası cari il mayın 8-də, yəni Amerikanın nüvə anlaşmasından çıxmasından bir il sonra, eləcə də ABŞ-ın bu hərəkətinin iqtisadi nəticələrinin əvəzini çıxmaq istiqamətində Avropanın təklif etdiyi həll yollarının faydasız olmasnın sübuta yetməsindən sonra bildirdi ki, nüvə anlaşmasının 26 və 36-cı maddələrinə əsasən, özünün bu anlaşmadakı öhdəliklərinin bir hissəsini dayandırır.

İran İslam Respublikası iyulun 7-də nüvə anlaşmasındakı öhdəliklərini icra etmələri üçün avropalılara verdiyi 60 günlük möhlətin başa çatmasından sonra 3,67 faizlik zənginləşdirmə səviyyəsini keçmək prosesinə başladı.

İran özünün nüvə anlaşması öhdəliklərinin azaldılmasının davamına təkid edərək, bildiribdir ki, bu hərəkətlər anlaşma şəriklərinin öz öhdəliklərini yerinə yetirmək üçün lazımi addımları atacaqları təqdirdə, sürətlə geridönəsidir.

Şərhlər