Aug 08, 2019 17:46 Asia/Baku
  • Minlərlə venesuelalı Amerikaya qarşı aksiya keçirib
    Minlərlə venesuelalı Amerikaya qarşı aksiya keçirib

Venesuela xalqından minlərlə nəfər bu ölkənin prezidenti Nikolas Maduroya dəstək olub, Amerikanın Venesuela hökumətinə qarşı yeni hərəkətlərini pisləyərək, paytaxt Karakasda aksiya keçirib.

Venesuelalı etirazçılar Amerikanın hərəkətlərini pisləyən şüarlar veriblər. Onlar əllərində üzərlərində "Yanki, öz evinə qayıt!" və "Venesuelanın işlərinə qarışmayın!" şüarları yazılmış plakatlar tutublar.

Tramp hökuməti Nikolas Maduronu sıxışdırma siyasətini davam etdirərək, yeni bir icra fərmanı ilə Venesuela hökumətinin bütün aktivlərini dondurdu.

Teqlər

Şərhlər