Aug 11, 2019 19:35 Asia/Baku
  • Şeyx Zəkzakinin böhranlı şəraiti haqda xəbərdarlıq edilib
    Şeyx Zəkzakinin böhranlı şəraiti haqda xəbərdarlıq edilib

Dünyanın yeddi ölkəsindən onlarla həkim Nigeriya hökumətinə bir məktub ünvanlayıb. Onlar Şeyx Zəkzakinin pis səhhətinə toxunaraq, onun təcili müalicə olunmasını istəyiblər.

184 iranlı və qeyri-iranlı həkim Şeyx Zəkzakinin bədəninin toxumalarında və qanındakı qurğuşun zəhərlənməsinin genişliyi barədə xəbərdarlıq edib. Onlar vurğulayıblar ki, Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzaki tez bir zamanda ixtisaslaşdırılmış bir xəstəxanaya köçürülməlidir.

Hindistan, Livan, İraq, Əfqanıstan, Pakistan, Suriya və İrandan olan bu həkimlərin məktubu Nigeriya hökumətinə ünvanlanıb və bu ölkənin Tehrandakı səfirliyinə verilibdir.

Teqlər

Şərhlər