Aug 13, 2019 12:07 Asia/Baku
  • Pompeonun İrana qarşı düşmənçilik münasibəti davam edir
    Pompeonun İrana qarşı düşmənçilik münasibəti davam edir

ABŞ-ın dövlət katibi BMT-nin İrana qarşı silah sanksiyalarının bitməsi zamanının yaxınlaşması ilə Vaşinqtonun müttəfiqlərini İrana qarşı təzyiqləri şiddətləndirməyə çağırıb.

Mayk Pompeo bu gün səhərçağı twitter-dəki bir ismarıcda yazıb: BMT-nin İrana qarşı silah embarqosunun sona çatmasına və Qasem Soleymaninin səfər qadağasının götürülməsinə az qalır.

İranın rəftar tərzinin səbatsızlaşdırıcı olduğunu iddia edən Mayk Pompeo deyib: Biz öz müttəfiqlərimiz və şəriklərimizdən istəyirik ki, İran rejiminə qarş təzyiqləri artırsınlar.

ABŞ-ın dövlət katibi sonra Amerika dövlət departamentindən bir link-i öz twittində yerləşdiribdir ki, onda İrana qarşı silah embarqosunun başa çatması zamanı azalma formasında irəliləyir və ona əsasən, İrana qarşı silah embarqosu 2020-ci il oktyabrın 18-də bitəcək və ondan sonra İran silah sata və Rusiya və Çin kimi ölkələrdən də silah satın ala bilər.

BMT-nin İrana qarşı silah embarqosunun sona çatmasından nigarançılıq elə bir halda edilir ki, Amerika hökumətinin özü də 2018-ci ilin mayında rəsmən bu ölkənin nüvə anlaşmasından çıxdığını elan etdi və İrana qarşı maksimum təzyiqlər tətbiq edərək, İran əleyhinə sanksiyaları geri qaytardı. Avropa ölkələri də ABŞ hökumətinin qərarı qarşısında zəif mövqedən çıxış etdilər.

İran İslam Respublikası bir il sonra, 2019-cu ilin mayında bildirdi ki, öz nüvə anlaşması öhdəliklərini azaldacaq. Tehran özünün iki addımında bildirdi ki, 3,67 faizlik zənginləşdirmə həddinə və 300 kiloqramlıq zənginləşdirilmiş maddələr ehtiyatı miqdarına riayət etməyəcək.

İranın xarici işlər naziri də bildiribdir ki, Avropanın zəif mövqedən çıxış etməyi davam etdirəcəyi təqdirdə, İran sentyabrda öz nüvə anlaşması öhdəliklərini azaltmanın üçüncü addımını atacaqdır.

Şərhlər