Aug 13, 2019 15:41 Asia/Baku
  • ABŞ-ın Berlindəki səfirinin təhdidi
    ABŞ-ın Berlindəki səfirinin təhdidi

Amerika hökuməti tərəfindən Avropanın ən çox inkişaf etmiş ölkəsinə qarşı təhdid və xəbərdarlığın digər ölkələrin daxili işlərinə müdaxilədən başqa heç bir digər bir istehlakı olmayıbdır.

Faktlar göstərir ki, amerikan osminoqun ağırlıq mərkəzi komaya düşməkdədir.

Osminoq Amerikanın dünyadakı hərbi bazalarının yerləşmə formasıdır və onun mərkəzi Almaniyadadır.

Ən çox baza və çoxlu sayda hərbçi ilə.

İndi Amerikanın Berlindəki səfiri Merkel hökumətini təhdid edibdir ki, əlli min amerikalı hərbçi Almaniya torpağını tərk edəcək.

Riçard Qrenell deyib: Təhqiredici bir məsələdir ki, amerikalı vergiverənlər Almaniyadakı əlli min amerikalı hərbçinin xərcini vermiş olsunlar, amma almanlar NATO-da xərcləmək yerinə, yalnız öz daxili proqramlarının fikrində olmuş olsunlar.

Amma Almaniya parlamentinin sədr müavini bu sözləri Almaniyanın daxili işlərinə qarışmaq hesab edir.

Müsahibə: Xarici İşlər Nazirliyi ABŞ səfirini çağırtdırmalı və ona xəbərdarlıq etməlidir. Daxili işlərə müdaxilə, bizim üçün dözülməzdir.

Amerika Avropanın ən çox inkişaf etmiş ölkəsi olan Almaniyadan istəyibdir ki, öz ümumi daxili istehsalının iki faizini müdafiə büdcəsinə xərcləsin.

İndi Almaniya daxil olmaqla avropalıların Hörmüz boğazında amerikan koalisiyaya qoşulmaq üzrə xahişə rədd cavablarından və Məhəmməd Cavad Zərifi sanksiya etməkdə Amerikanı müşayət etməmələrindən sonra üçüncü dəfədir ki, son milad ayında Amerika Almaniyadan istəyir, ona xəbərdarlıq edir və onu hədələyir, amma bunlar mediaların arxivinin karına gəlməkdən savayı, heç bir digər istehlaka malik olmadılar.

 

 

Şərhlər