Aug 14, 2019 13:44 Asia/Baku
  • Çin Honq-Konqun işlərinə müdaxilə barədə ABŞ-a xəbərdarlıq edib
    Çin Honq-Konqun işlərinə müdaxilə barədə ABŞ-a xəbərdarlıq edib

Çin xarici işlər nazirliyinin sözçüsü Honq-Konqun işlərinə müdaxilə barədə ABŞ-a xəbərdarlıq və bu hərəkətə son qoymasını tələb edib.

Hua Tsunyin dünən Pekində keçirdiyi mətbuat konfransında Amerikadan istəyibdir ki, beynəlxalq əlaqələr üzrə qayda-qanunlara riayət edərək, Honq-Konqun daxili işlərinə qarışmaqdan çəkinsin.

O, əlavə edib: Amerika son zamanlar Honq-Konqda etirazçıları təhrik edərək, bölgənin durumunu gərginləşdirməyə və ona xələl gətirməyə çalışır.

Honq-Konq məntəqəsinin icra başçısı Kari Lam da dünən son geniş aksiyaya işarə edərək, bildiribdir ki, etirazçılar qanuna göz yumub, bəzi idarə orqanlarına, o cümlədən polisə hücum edərək, bu məntəqədəki hava limanının bağlanmasına bais olublar.

Ötən bir neçə həftədə Honq-Konq bu məntəqə əhalisindən minlərlə nəfərin cinayətkarların Honq-Konqdan Çinə ekstradisiyası ilə bağlı qalmaqallı layihəyə etiraz olaraq tətil və aksiya keçirməsinin şahidi olubdur.

Bu layihənin qəbul olunması ilə Honq-Konq başçıları bəzi müttəhimləri mühakimə üçün Çinə qaytara bilərlər.

Bu etirazlar elə bir halda həyata keçirilir ki, Kari Lam son zamanlar həmin layihənin ləğv olunmasından xəbər vermişdi.

Honq-Konq əhalisi onun kənarlaşmasını istəyir.

Şərhlər