Aug 14, 2019 16:31 Asia/Baku
  • Zəkzaki; Londondan Nigeriyaya və Hindistanadək
    Zəkzaki; Londondan Nigeriyaya və Hindistanadək

Nigeriya İslam Hərəkatının baş katibinin azad edilməsi və onun müalicə üçün Hindistana getməsi bu ölkənin İngiltərədəki səfirliyi önündə piket keçirənlərin sevincinə səbəb olub. Aksiyaları 33 gün sürən piketçilər onun və həyat yoldaşının azad edilməsini bayram ediblər.

Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzaki üçün müalicə imkanının yaranması çübhəsiz, yayın istisində və Londonun güclü yağışları altında 33 gecə-gündüz Şeyx Zəkzakinin azad edilməsi üçün Nigeriya səfirliyi qarşısına toplaşanların böyük sevincinə səbəb olubdur. Onlar gecə-gündüz küçələrdə qalmaqdan irəli gələn problemləri canla-başla qəbul ediblər.

İngiltərə vətəndaşı: Bu, müsəlmanlar və ədalətsevərlər üçün bir qələbədir. Xüsusən Qurban bayramına təsadüf etdiyinə görə. Bizim və digər müsəlmanların Şeyx Zəkzakiyə dəstək istiqamətindəki səmərəli hərəkətimiz göstərdi ki, əgər müsəlmanlar müqavimət, ittifaq və yekdil səslə səhnədə olarlarsa, qalib gələcəklər.

Piketçilər bu qənaətdədirlər: Onların hərəkəti zülm və ədalətsizliyin Nigeriya müsəlmanlarına aydınlaşmasına və ümumi fikrin Şeyx Zəkzakinin rəyi və təfəkkürlərindən xəbərdar olmasına səbəb olubdur.

London sakini olan müsəlman: Gecə-gündüz biz burada küçənin kənarında idik. İnsanların çoxu Nigeriya müsəlmanları üçün yaradılmış şəraitdən agah oldu. Avropa ölkələrindən olan insanlar Şeyx Zəkzakinin azad edilməsi üçün bizə qoşuldular. Biz Şeyx Zəkzakinin nicat tapmasını zülm və ədalətsizlik qarşısında müqavimət cəbhəsi üçün bir qələbə hesab edirik.

Nigeriya hökumətinin bu ölkənin İslam Hərəkatının baş katibi üçün yaratdığı şərait müsəlmanları ona və tərəfdarlarına dəstək vermək sahəsində daha da əzmkar edibdir.

Şeyx Zəkzakinin müalicəsini izləyən islami insan haqları komissiyasının sədri dünya müsəlmanlarının Nigeriya müsəlmanlarına dəstək vermələrinin davam etməsini zəruri hesab edir.

Məsud Şəcərə- İslami insan haqları komissiyasının sədri: O ilk dəfə olaraq çıxıb, lakin azad olmayıbdır. Bu hökumət hələ onu azad etməyibdir. Bu, heç vaxt heç bir məhkəmədə məhkum edilməmiş bir şəxsiyyətdir. Təşkil olunmuş sonuncu məhkəmədə göstəriş verdilər ki, onu azad etsinlər və kompensasiya ödəsinlər. İndi müalicə üçün çıxıbdır. Altı təhlükəsizlik məmurunu onunla göndəriblər. Deyirlər ki, geri qayıtmalıdır. Şeyx Zəkzakinin getməsi mümkünsüzdür. Uşaqlarından altısını və canını qoyubdur O, Nigeriyanın gələcəyidir.

 

Şərhlər