Aug 18, 2019 19:18 Asia/Baku
  • Moskva Asiya və ya Avropada ABŞ raketlərinin yerləşdirilməsinə qətiyyətli cavaba təkid edib
    Moskva Asiya və ya Avropada ABŞ raketlərinin yerləşdirilməsinə qətiyyətli cavaba təkid edib

Rusiyanın müdafiə naziri xəbərdarlıq edib ki, Moskva Asiya və ya Avropada ABŞ raketlərinin yerləşdirilməsinə qarşılıqlı cavab verəcək.

"Rossiya 24" telekanalının məlumatına görə, Sergey Şoyqu bu telekanal ilə müsahibədə deyib: Rusiya Amerika ilə müzakirə aparmaq istəyir və amerikalılar raket müahidəsini pozan raketləri Asiya və Avropada yerləşdirməyənədək Moskva da heç bir addım atmayacaqdır.

Rusiyanın müdafiə naziri əlavə edib: Amerika qısa və orta mənzilli nüvə raketləri müqaviləsindən çıxmazdan bir il öncə bu tipli raketlərin düzəldilməsi üçün öz müdafiə büdcəsində müəyyən məbləğ nəzərə almışdı.

Qısa və orta mənzilli nüvə raketləri məsələsi hazırda Rusiya ilə ABŞ arasında ən mühüm ixtilaflı mövzuya çevrilib və iki ölkə arasında gərginliklərin yeni dalğasının üzə çıxmasına səbəb olubdur.

Teqlər

Şərhlər