Sep 03, 2019 14:07 Asia/Baku
  • Çinin Amerikaya qarşı addımı
    Çinin Amerikaya qarşı addımı

Çin ticarət nazirliyi bildirib ki, Amerikanın Çin mallarına on beş faizlik tariflərinin artmasına cavab olaraq Pekin Ümumdünya Ticarət Təşkilatında Amerikaya qarşı iş açıb.

Çin ticarət nazirliyinin bəyanatına əsasən, Amerikanın Çin mallarına qarşı yeni tarifləri iki ölkə liderlərinin ötən iyun ayında Yaponiyanın Osaka şəhərində razılaşdırdıqları müzakirələrin nəticələrinin əksinədir.

Bu bəyanatda əlavə edilir: Çin Ümumdünya Ticarət Təşkilatındakı fəaliyyətləri ilə Amerika tərəfindən beynəlxalq ticarət qanunlarına riayət edilməsini istəyibdir.

Ümumdünya Ticarət Təşkilatının qanunlarına əsasən, əgər iki ölkə altmış gün ərzində məşvərətlər yolu ilə ixtilafın həllinə müvəffəq olmazsa, Ümumdünya Ticarət Təşkilatı ixtilafın aradan qaldırılması üçün bir heyət təşkil edir.

Amerika prezidenti ötən həftə bildirdi ki, Çinin cavab tədbirlərinə cavab olaraq ABŞ oktybarın birindən 250 milyard dollarlıq Çin mallarına olan 25 faizlik rüsumu 30 faizə qaldıracaq.

Teqlər

Şərhlər