Sep 10, 2019 14:32 Asia/Baku
  • ABŞ rəsmisi S 400-ü satın almasına görə, Türkiyəyə xəbərdarlıq edib

Amerikanın xəzinədarlıq naziri deyib: Vaşinqton Rüsiyadan S 400 raket sistemini satın aldığına görə, Türkiyənin sanksiya edilməsi layihəsini araşdırmaqdadır.

Steven Mnuçin dünən müxbirlərin Amerikanın Ankaranın S 400 raket sistemlərini satın almaq barədəki qərarına reaksiyasına dair sualına cavabda deyib: Türkiyənin sanksiya edilməsi layihəsi araşdırılmaqdadır, amma indiyə kimi bu barədə xas bir qərar çıxarılmayıbdır.

Ankara və Vaşinqton bir müddətdir elə bu məsələ üstündə kəskin fikir ayrılığına malikdirlər.

Amerika iddia edir ki, bu sistemin satın alınması NATO-nun müdafiə sistemi ilə uyuşmur və bu ölkənin məhsulu olan F-35 qırıcılarını təhdid edir.

Teqlər

Şərhlər