Sep 11, 2019 12:57 Asia/Baku
  • Ukraynada Aşura
    Ukraynada Aşura

Ukraynada Aşura günü və Kərbəla şəhidlərinin Şame Qəriban mərasimləri keçirilib. Ukraynalılar "Ləbbeyk, ya, Hüseyn!" deyiblər.

Müxtəlif millətlərdən olan Ukrayna şiələri Aşura günündə İmam Hüseyn(ə)-ın məzlumluğunun xatirəsinə ağlayaraq, əzadarlıq ediblər.

Din xadimi:

8 ildən çoxdur ki, Ukraynada yaşayıram. Məhərrəmin 1-dən 15-dək Kiyevdə əzadarlıq mərasimi keçirilir. Ukrayna Avropa ölkəsi olsa da İslam dininə təmayül və İmam Hüseyn(ə) əzadarlığı hər il daha geniş miqyas alır.

Aşura təkcə bir hadisə deyil, həm də bir mədəniyyətdir. Və bu günlərin hər bir anı matəmdir. Ukraynada Hüseyn Şame Qəribanı mərasimi də keçirilib.

Əzadar:

Bu gecə Şame Qəriban mərasimi keçirdik. Biz hər il məhərrəm ayında əzadarlıq edirik. Bu gecə də biz Rəsulallah xanədanını sevənlər buraya toplaşmışıq.

Hüseyn Aşurasında Ukraynada yaşayan şiələr "Ya, Əba Əbdillah!" qırmızı bayrağını və şəhidlər ağasının Aşura müraciətini dünyanın bu güşəsində dalğalandıraraq, göylərə ucaltdılar.

Şərhlər