Oct 08, 2019 08:06 Asia/Baku
  • Pxenyan BMT TŞ-də raket məsələsinin qaldırılması barədə xəbərdarlıq edib
    Pxenyan BMT TŞ-də raket məsələsinin qaldırılması barədə xəbərdarlıq edib

Şimali Koreya bu ölkənin raket sınaqları məsələsinin Amerika və bəzi Avropa ölkələri tərəfindən BMT-nin Təhlükəsizlik Şurasında qaldırılması haqda xəbərdarlıq edib.

Şimali Koreya Amerika, İngiltərə və Fransaya xəbərdarlıq edib ki, bu ölkənin raket sınaqlarının BMT-nin Təhlükəsizlik Şurasında qaldırılması Pxenyanın öz suverenliyini müdafiə etmək üzrə səyini gücləndirməsinə səbəb olacaqdır.

BMT-nin Təhlükəsizlik Şurası bu gün Şimali Koreyanın raket sınaqları haqda üstüörtülü iclas keçirməlidir.

Şimali Koreyanın müdafiə elmləri akademiyası yerli vaxtla ötən çərşənbə günü səhər tezdən “Pukqukson-3” tipli ballistik raketin yeni növünü uğurla sınaqdan keçirdi.

Ballistik raketin sualtı qayıqdan atılması Pxenyan üçün böyük əhəmiyyətə malikdir. Zira bu addım bu ölkənin müdafiə gücü və xarici qüvvələrin hücumları qarşısında önləyicilik qüdrətinin artırılması istiqamətində atılıbdır.

Belə bir halda, şənbə günü İsveçin paytaxtı Stokholmda keçirilən Vaşinqton-Pxenyan müzakirələrinin yeni dövrü uğursuz qalıbdır.

 

Teqlər

Şərhlər