Oct 12, 2019 13:14 Asia/Baku
  • MDB sammitində altı əməkdaşlıq sənədi imzalanıb
    MDB sammitində altı əməkdaşlıq sənədi imzalanıb

Müstəqil Dövlətlər Birliyi- MDB-yə üzv ölkələrin dövlət başçıları Türkmənistanın paytaxtı Aşqabadda altı əməkdaşlıq sənədi imzalayıblar. Onlar Özbəkistanı növbəti zirvənin təşkilatçısı və ev sahibi kimi seçiblər.

Cümə günü başlanan MDB sammitinin sonunda MDB sədrliyinin 2020-ci ildə Özbəkistana təhvil verilməsi, strateji iqtisadi əməkdaşlıq müqaviləsi və MDB ölkələrinin terrorizm və ekstremizmlə mübarizə üzrə əməkdaşlıq proqramı daxil olmaqla müəyyən sənədlər imzalanıb.

İqtisadi əməkdaşlıqlar, təhlükəsizlik məsələləri, həmçinin ticarət müharibələrinin və sanksiyaların təsirinə qarşı müdafiə imkanlarının gücləndirilməsi iclasın əsas mövzularını təşkil ediblər.

İclasda Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Moldova və Ermənistan prezidentləri iştirak ediblər.

Müstəqil Dövlətlər Birliyinin xarici işlər nazirləri səviyyəli iclası da cümə axşamı günü Aşqabadda, Türkmənistan Xarici İşlər Nazirliyində keçirilib.

MDB-nin növbəti sammiti 2020-ci il oktyabrın 16-da Özbəkistanda keçiriləcək.

Şərhlər