Oct 12, 2019 15:49 Asia/Baku
  • Hagibis tufanı Yaponiyada tələfata səbəb olub
    Hagibis tufanı Yaponiyada tələfata səbəb olub

Yaponiyada güclü tufan və leysan yağışları barədə ilkin məlumatlar bir nəfərin həlak olmasından xəbər verir.

Güclü küləklər və leysan yağışları ilə müşayiət olunan Hagibis tufanı bir milyon altı yüz min yapona yaşadığı məkanı tərk etmək tövsiyəsinin edilməsinə səbəb olub.

Bəzi proqrnozlara görə, bu tufan ötən altı ayda ən pis tufan olacaq. Dəmiryolu stansiyaları və Tokio ətrafındakı küçələr bu gün demək olar ki, bağlı olublar.

Şənbə günü rixter şkalası ilə 5,7 bal gücündə yeraltı təkan bu ölkənin cənub-şərqində yerləşən Çiba bölgəsini titrədibdir.

Şərhlər