Oct 12, 2019 16:27 Asia/Baku
  • Kaliforniyada yanğın; on minlərlə nəfər mənzilini boşaldıb
    Kaliforniyada yanğın; on minlərlə nəfər mənzilini boşaldıb

Amerikanın Kaliforniya ştatında yanğının genişlənməsinin ardınca on minlərlə sakin yerli vaxtla cümə günü gecə öz evini boşaldıb.

Dünən yanğının sürəti 60 hektardan 7500 hektara çatıb. Bu səbəbdən, yerli rəsmilər Kaliforniyada 100 mindən çox Amerika vətəndaşının öz evini boşaltması barədə göstəriş verib.

Los Angeles Yanğınsöndürmə İdarəsinin rəisi Ralf Teraza deyib ki, cümə axşamı gününün son saatlarında Silmar şəhərindən başlanan yanğın quru şərait və güclü külək səbəbiylə irəliləməkdədir.

Kaliforniyanın şimalındakı "PJ ənd E"(PJ&E) elektrik şirkəti otlaqların yanğını ilə mübarizə məqsədilə 500 mindən çox abunəçisinin işığını kəsibdir.

 

Şərhlər