Oct 12, 2019 18:21 Asia/Baku
  • Berlin Ankaraya silah ixracatının dayandırılmasına dəstək verib
    Berlin Ankaraya silah ixracatının dayandırılmasına dəstək verib

Almaniya xarici işlər nazirinin müavini Türkiyənin Suriyanın şimalına qarşı hücumunu qəbuledilməz adlandıraraq, Ankaraya silah ixracını dayandırmağa çağırıb.

Almaniya xarici işlər nazirinin müavini və bu ölkədə Sosial-Demokrat Partiyasının rəhbərliyinə namizəd Maykl Rot deyib: Türkiyə ordusunun Suriyanın şimalına hücumu qəbuledilməzdir. Buna görə, Türkiyəyə silah ixracı dayandırılmalıdır.

İsveç və Hollandiya hökumətləri də Türkiyəyə silah ixracını dayandırmağa çağırıblar.

Bundan əvvəl Finlandiya hökuməti Türkiyəyə silah ixracını naməlum müddətədək dayandıracağını bildirmişdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi əmri ilə ötən çərşənbə günü başlanan Türkiyə ordusunun Suriyanın şimal-şərqindəki hərbi əməliyyatı bölgə və digər ölkələr, o cümlədən Avropa ölkələri arasında geniş müxalifətə səbəb olubdur.

 

Teqlər

Şərhlər