Oct 30, 2019 12:26 Asia/Baku
  • Fransanın islamofob siyasətləri davam edir

Fransa senatı bu ölkədə islamofob siyasətin davamında müsəlman qadınların hicabının qadağan olunması layihəsini araşdırmaq sırasına çıxarıbdır.

Fransa senatı dünəndən etibarən bir layihəni araşdırmaqdadır. Bu layihə müsəlman anaları məktəb kimi məkanlarda öz hicablarını götürməyə məcbur edir.

2005-ci ildə qəbul olunmuş qanuna əsasən də qız məktəblilərə məktəblərdə hicabdan istifadə qadağan edilibdir.

Bununla belə, ötən həftələrdə Fransada müsəlman qadınların hicabı üstündə bir çox bəhslər edilibdir.

Bəzi müşahidəçilər inanırlar ki, məktəblərdə müsəlman anaların hicablarının qadağanı layihəsi Fransa parlamentində qəbul olunmaq və qanuna çevrilmək üçün az şansa malikdir.

Teqlər

Şərhlər