Nov 08, 2019 11:47 Asia/Baku
  • Tramp 2 milyon dollar cərimə ödəməyə məhkum edildi
    Tramp 2 milyon dollar cərimə ödəməyə məhkum edildi

ABŞ prezidenti siyasi məqsədlərini həyata keçirmək üçün xeyriyyə fondundan sui-istifadə etdiyinə görə, 2 milyon dollar cərimə edilib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Nyu-Yorkdakı bir məhkəmə hakimi bir hökmdə Donald Trampı iki milyon dollar cərimə cəzasına məhkum edib, zira o, xeyriyyə məqsədləri üçün ayrılan vəsaitdən öz siyasi məqsədlərini həyata keçirilmək yolunda qanunsuz şəkildə istifadə edimiş.

New-York prokurorluğu Trampın/ qeyd olunan pullardan qeyri-düzgün istifadə etdiyini etiraf etdiyini bildirib.

ABŞ prezidenti bundan əvvəl xətaya yol vermədiyini iddia etmişdi.

New-York prokurorluğu 2018-ci ildə Trampı və üç övladını 2016-cı ildə "Tramp Fondu"nun vergi güzəştindən sui-istifadə etməkdə və bu xeyriyyə fondunun kreditlərini seçki kampaniyalarına xərcləməkdə ittiham etdi.

Teqlər

Şərhlər