Nov 08, 2019 18:55 Asia/Baku
  • Beynəlxalq borc 188 trilyon dolları ötüb keçib
    Beynəlxalq borc 188 trilyon dolları ötüb keçib

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri dünya ölkələrinin borcunun 188 trilyon dollardan çox olduğunu bildirib.

Kristalina Georgiyeva əlavə edib: Modern iqtisadiyyatların borcu da 2-ci dünya müharibəsindən bəri ən yüksək həddə çataraq, beynəlxalq məhsuldarlığın 230 faizinə bərabər olubdur.

Beynəlxalq Valyuta Fondunun rəhbəri əlavə edib: Dünya bazarları 1980-ci ildən bəri bu həddə borc görməyiblər.

O, söyləyib: Azgəlirli ölkələr son beş ildə borcun kəskin tərzdə artmasının şahidi olublar və dünyada bir çox şirkət və ailə kövrək olubdur.

Georgiyeva əlavə edib: Hər cür kreditvermə səbatlı bir metodla həyta keçirilməlidir. Gəlirə vergi miqdarı ədalətli olmalı və korrupsiya ilə mübarizə aparılmalıdır.

Amerika 23 trilyon dollardan çox nadir ümumi borcla dünyanın ən borclu ölkələrindən sayılır.

Şərhlər