Nov 08, 2019 21:51 Asia/Baku
  • Çin ABŞ-ın İrana qarşı maksimum təzyiq siyasətini tənqid edib
    Çin ABŞ-ın İrana qarşı maksimum təzyiq siyasətini tənqid edib

Çin tənqidi bir reaksiyada Vaşinqtonun İran İslam Respublikasına qarşı maksimum təzyiq siyasətinin dayandırılmasını istəyib.

Çinin Qərbi Asiya məsələləri üzrə xüsusi nümayəndəsi Tsay Tsoon ABŞ maliyyə nazirliyinin İrana qarşı son sanksiyalarına cavab olaraq deyib: Qərbi Asiyadakı hazırkı gərgin durum Vaşinqtonun Tehrana qarşı birtərəfli sanksiya və təzyiqləri, həmçinin ABŞ-ın birtərəfli qaydada nüvə anlaşmasından çıxması ilə bağlıdır.

Çinin Qərbi Asiya məsələləri üzrə xüsusi nümayəndəsi eyni zamanda Pekinin Fars Körfəzində mövcud olan gərginliyi azaltmaq üçün addımların atılacağına ümid etdiyini vurğulayıb.

ABŞ maliyyə nazirliyi bazar ertəsi günü İran İslam Respublikasına qarşı düşmənçilik siyasətinin davamında bir İran qurumunun və 9 iranlı fiziki şəxsiyyətin adını öz sanksiya siyahısına əlavə etdi.

Teqlər

Şərhlər