Nov 08, 2019 21:51 Asia/Baku
  • Rusiya İranın Hörmüz boğazı ilə bağlı təhlükəsizlik planını dəstəkləyir
    Rusiya İranın Hörmüz boğazı ilə bağlı təhlükəsizlik planını dəstəkləyir

Rusiya xarici işlər nazirinin müavini bu ölkənin İranın "Hörmüz Sülhü" adlı təhlükəsizlik planını dəstəklədiyini bildirib.

Sergey Ryabkov cümə günü Moskvada keçirilən "Nüvə enerjisi - tərksilah və yayılmamaq" adlı beşinci yayılmama konfransı çərçivəsində bildirib ki, Rusiya İranın "Hörmüz Sülhü" adlı təhlükəsizlik planını dəstəkləyir .

Riyabkov deyib ki, Rusiyanın bu mövqeyinin səbəbi, İranın planının bölgədəki bütün ölkələri əhatə etməsidir və Rusiya da Fars körfəzi üçün öz təhlükəsizlik planını həyata keçirmək istiqamətində region ölkələrinin rəsmiləri ilə daim əlaqə saxlayır.

Rusiyanın özü bu yaxınlarda Fars Körfəzində gərginliyin azaldılmasına kömək etmək üçün qonşuların və Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı ilə bölgədə təhlükəsizlik təşkilatı yaratmaq məqsədi güdən Fars Körfəzi üzrə kollektiv təhlükəsizlik planını təqdim edibdir.

Regionaşırı ölkələrin Fars Körfəzinin məsələlərinə qarışmamalarına təkid etdiyi üçün rusların planının "Hörmüz Sülhü" planına çox oxşarlıqları var.

Şərhlər