Nov 09, 2019 08:31 Asia/Baku
  • Gürcü xalqı Tiflisdə homoseksual filimin ekran olunmasına etiraz edib
    Gürcü xalqı Tiflisdə homoseksual filimin ekran olunmasına etiraz edib

Gürcüstan xalqının Tiflisdəki kinoteatrlardan birində homoseksuallıq mövzusunda filmin ekran olunmasına etiraz olaraq, keçirdiyi aksiya zorakılığa çevrilib.

Gürcüstan xalqının Tiflisdəki kinoteatrlardan birində homoseksuallıq mövzusunda filmin ekran olunmasına etiraz olaraq, keçirdiyi aksiya zorakılığa çevrilib.

Bəzi yerli medialar bildiriblər ki, Gürcüstanın bəzi siyasi və ictimai qruplarının tərəfdarlarından yüzlərlə nəfərin Tiflisdə yerləşən “Amirani” kinoteatrının önündə keçirdiyi aksiya və onların tamaşaçıların kinozalına daxil olmalarını əngəlləməyə cəhd etmələri, həmçinin Gürcüstan ilə İsveçin homoseksuallıq mövzusunda birgə çəkdikləri filmin nümayiş etdirilməsinin qarşısını almaları zorakılığa çevrilib. Bir neçə etirazçı həbs olunub.

Gürcüstan daxili işlər nazirliyi ümumi asayişi qorumaq məqsədilə sürətli reaksiya qüvvələrini filmin nümayiş etdirildiyi məkanda yerləşdirib. Bu filmin bütün biletlərinin satılmasına baxmayaraq, az sayda tamaşaçı kinozalına daxil ola bilibdir. Tamaşaçıların bir qrupu da etirazçılar tərəfindən döyülərək, bədən xəsarəti alıbdır.

Gürcüstan kilsəsi də bir neçə gün bundan öncə bir bəyanat yayaraq, bu filmin noyabrın 8-dən 10-dək bu ölkənin iki böyük şəhəri olan Tiflis və Batuminin kinoteatrlarında nümayiş etdirilməsinə etiraz edərək, onu gürcü xalqının milli və dini dəyərlərinə zidd adlandırmışdı.

Bu aksiyadan sonra Amerikanın Gürcüstandakı səfirliyi bir məlumatda bu ölkədəki ABŞ vətəndaşlarından özlərini daha çox qorumalarını istəyibdir. Amerika səfirliyi aksiyaçıları Birləşmiş Ştatlara və Qərbə qarşı şüarlar verməkdə ittiham edib və bildirib ki, etiraz aksiyasında iştirak edən qruplar Amerikanın və Qərb ölkələrinin bu filmin Gürcüstanda göstərilməsi üçün tədbir tökmələri barədə yalan məlumatlar yayıblar.

 

Şərhlər