Nov 13, 2019 08:23 Asia/Baku
  • Boliviya senatının sədr müavini özünü müvəqqəti prezident adlandırıb

Boliviyanın istefa vermiş prezidenti Evo Moralesin müxaliflərinin rəhbərlərindən olan senat sədrinin müavini Cinin Anez özünü bu ölkənin müvəqqəti prezident adlandırıb.

Cinin Anez dünən axşam hakim “Sosializm hərəkatı” partiyası nümayəndələrinin iştirakı olmadan keçirilən Boliviya senatınn iclasında senat sədrinin yerində oturaraq, bildirdi ki, müvəqqəti prezidentliyi üzərinə götürür.

Hazırda Meksikada olan Boliviyanın istefa vermiş prezidenti Evo Morales Cinin Anezin özünü müvəqqəti prezident elan etməsini özbaşınalıq adlandırıb və onu pisləyibdir.

Evo Morales ölkəsində asayiş və təhlükəsizlik bərqərar etmək məqsədilə bazar günü gecə vəzifəsindən kənara çəkildi.

Morales Boliviyanın son prezident seçkilərində öz rəqibi Karlos Mesanı məğlub edə bilmişdi.

Bununla belə, müxaliflər saxtakarlıq iddiası ilə seçkilərin nəticəsini qəbul etmədilər və ötən bir neçə gün ərzində bu ölkə küçələri etirazlar və iğtişaşlar meydanına çevrilmişdi. Qərbyönlü Karlos Mesa və onun tərəfdarları Moralesi seçkilərdə manipulyasiyada ittiham etmişdilər.

Bir çox ölkə, o sıradan İran, Meksika və Kuba Moralesin istefasına gətirib çıxaran hadisələri çevriliş adlandıraraq, bu ölkənin istefa vermiş prezidenti himayə ediblər.

Ordunun sakit çevrilişi ilə həyata keçirilən Moralesin istefasından sonra Amerika prezidenti Donald Tramp Latın Amerikasındakı digər solçu hökumətləri və onların başçılarını hədələdi və onların devrilməsi vədini verdi.

 

 

Şərhlər