Dec 04, 2019 09:19 Asia/Baku
  • Londonda Trampa qarşı aksiya keçirilib

ABŞ prezidentinin NATO sammitində iştirak etmək üçün İngiltərənin paytaxtı Londonda olması ilə bir zamanda bu şəhər əhalisi dünən ona qarşı aksiya keçirib.

Sayı yüzlərlə nəfərə çatan aksiyaçıların əllərində üzərlərində "Trampa-yox!" və "Müharibəyə-yox!" şüarları yazılmış plakatlar olub.

Aksiyaçıların əllərində həmçinin Fələstinin bayrağı və Fələstinə dəstək plakatları olubdur.

Bəzilər də öz plakatlarında Trampı irqçi adlandırıblar.

Tramp NATO sammitində iştirak üçün Londonda səfərdədir.

NATO-ya üzv 29 ölkənin dövlət başçılarının zirvə görüşü dünən və bu gün Londonda keçirilməkdədir.

Bu hərbi təşkilata üzv ölkələr elə bir halda onun təsis olunmasının yetmişinci ildönümünü qeyd edirlər ki, misli görünməmiş problem və ixtilafların yaranması onun gələcəyini qaranlıq edibdir.

Teqlər

Şərhlər