Dec 04, 2019 14:51 Asia/Baku
  • CNN Trampın İran barədəki ziddiyyətli sözlərini tənqid edib

CNN informasiya kanalı Amerika prezidentinin İran barədəki təzadlı sözlərini tənqid edib.

CNN bu gün məlumat verib: Donald Tramp dünən Londonda NATO sammitinin kənarında bir mətbuat konfransında bir müxbirin onun İrandakı etirazçıları himayə edib-etməməsi barədəki sualının cavabında deyib: Cavab, "xeyr!"dir. Bu barədə fikir bildirmək istəmirəm.

Lakin az sonra tvitter səhifəsində Tramp belə yazdı: Amerika Birləşmiş Ştatları azadlıq üçün etiraz edən İran xalqını himayə edir!

CNN öz vebsaytında yazıb: Doğrudan da təəccüb doğurur. Məlum deyil ki, Trampın bu sözlərdə məqsədi əslində nə olubdur.

Bu məlumata görə, Amerika prezidenti Kanadanın baş naziri Castin Trüdo ilə görüşdə özünün İran barədəki təzadlı sözlərini əsaslandırmaq üçün deyib ki, onun "İran etirazlarını himayə edir" ifadəsində məqsədi, "maliyyə himayəsi" olubdur.

Amerika prezidentinin təzadlı sözləri CNN-dən əlavə, BBC, Eoronyus və "Döyçe Vele" kimi bir çox medialarda öz əksini tapıbdır.

Teqlər

Şərhlər