Dec 04, 2019 19:55 Asia/Baku
  • BMT rəsmisi dünya ictimaiyyətinin Qaşıqçının qatillərinin cəzalandırılmalarında aciz olduğunu etiraf edib

BMT-nin xüsusi məruzəçisi səudiyyəli tənqidçi jurnalistin qatillərinin təqib olunmalarındakı uğursuzluğunu etiraf edərək, deyib ki, Avropa Birliyi və Amerika bu sahədə artıq addımlar atmalıdırlar.

BMT-nin qanundankənar edamlar məsələləri üzrə xüsusi məruzəçisi Aqnes Kallamard dekabrın üçündə Belçikanın paytaxtı Brüsseldə müxbirlər qarşısında etiraf etdi ki, dünya ictimaiyyəti Camal Qaşıqçının qatillərinin mühakiməsi və cəzalandırılması üzrə vəzifəsinə əməl etməkdə uğursuz olubdur.

Qaşıqçı 2018-ci il oktyabrın ikisində Ərəbistanın İstanbuldakı konsulluğunda faciəli tərzdə qətlə yetirildi.

Kallamard bu barədə Ərəbistanın vəliəhdi Muhəmməd bin Salman və bu rejimdə Qaşıqçının qətlinə göstəriş verən və onu yerinə yetirən digər amillərin barəsində beynəlxalq cinayət təhqiqatının aparılması vacibliyini vurğulayır.

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ və Amerika və Türkiyədəki digər kəşfiyyat orqanlarının rəsmi məlumatlarına görə, bin Salman Qaşıqçının qətlə yetirilməsi göstərişini veribdir.

Şərhlər