Dec 04, 2019 22:08 Asia/Baku
  • NATO ölkələri Trampın bac istəməsi qarşısında geri çəkiliblər

NATO-ya üzv ölkələrin başçıları öz hərbi büdcələrini artırmaları ilə bağlı ABŞ prezidentinin təzyiqləri altında geri çəkiliblər.

Amerika prezidenti Donald Trampın ardıcıl təhdid və tənqidlərinin ardınca NATO başçıları qarşıdakı beş ildə öz büdcələri və ödəniş paylarına bütövlükdə 400 milyard dollar əlavə edəcəklər. Trampın təhdid və tənqidləri bu ölkələrin hərbi büdcələrinin aşağı olması və həmin hərbi ittifaqın qüvvələrinin xərclərinin təmin edilməsi üçün yetərincə pul ödəməmələrilə bağlı olubdur.

Röyters bildirir ki, bəzi NATO ölkələrinin başçıları ildə milyonlarla dollar ödəməklə Donald Trampın hücum və təhdidlərindən amanda qalmaq niyyətindədirlər.

Teqlər

Şərhlər