Okt 17, 2020 15:31 Asia/Baku
  • Qarabağ bölgəsində döyüşlərin davam etməsi narahatlıq doğurur

BMT-nin Baş katibinin sözçüsü Azərbaycan Respublikası və Ermənistan arasında döyüşlərin davam etməsindən narahatlıq ifadə edib.

SəhərAzəri Əl-Cəzirə telekanalının məlumatına istinadən xəbər verir, Stefan Düjarik deyib: "Antonio Qüterreş həssas Qarabağ bölgəsində döyüşlərin davam etməsindən narahatdır və bu münaqişənin nizamlanması üçün həll yolunun tapılması məqsədilə öz diplomatik səylərini davam etdirəcək".

"Quterreşin hər iki tərəfə müraciəti əldə edilmiş atəşkəsə tam və ciddi şəkildə riayət edilməsi və danışıqlar masasına qayıtmalarıdır, atəşkəsə riayət edilməsi insan məsələləri ilə əlaqədar olduğu üçün prioritet təşkil edir, BMT şərtlər imkan verdiyi təqdirdə humanitar ehtiyacların təmin edilməsində yardım etməyə hazırdır", -deyə Düjarik əlavə edib.

O, xatırladıb: "Hər iki tərəfin gərginliyin azaldılması istiqamətində sürətlə hərəkətə keçməsi çox vacibdir. Çünki bölgədə döyüşlərin genişlənməsi və qeyri-sabitliyin artması təhlükəsinin olduğu aydındır".

Teqlər

Şərhlər