May 27, 2015 09:01 Asia/Baku
  • ABŞ-da silahlı insident
    ABŞ-da silahlı insident

ABŞ-ın Şimali Dakota ştatının Qrand Forks şəhərində hərbi-hava qüvvələrinin bazasında xidmət çəkən hərbçi "Ualmart" mağazasına daxil olaraq atəş açmağa başlayıb.

Beynəlxalq Səhər Kanalının APA-ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində hərbçi də daxil olmaqla 2 nəfər ölüb, bir nəfər isə yaralanıb.

Məlumata görə, mağazaya daxil olan 21 yaşlı Markel Uillis qarşısına çıxan 63 yaşlı kişiyə və 47 yaşlı qadına atəş açıb. Uillis daha bir müştəriyə atəş açıb, lakin güllə hədəfdən yan keçib. Bundan sonra isə hərbçi özünə atəş açıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Teqlər