İyun 04, 2015 10:52 Asia/Baku
  • ABŞ-da digər bir polis zabiti bəraət qazanıb
    ABŞ-da digər bir polis zabiti bəraət qazanıb

Bir amerikalı ağdərili zabit bu ölkədə bir qaradərilinin qətli ittihamından bəraət qazanıb.

Səhər kanalının məlumatına görə, Amerikanın Viskansin ştatının polis idarəsi qaradərili bir yeniyetməni qətlə yetirmiş ağdərili zabit Mət Keniyə bəraət qazandırıb.
45 yaşlı Keni aprelin 6-da Viskansin ştatının Medison şəhərində 19 yaşlı Toni Robinsonu güllə ilə öldürüb.
Robinson elə bir halda xəstəxanada vəfat etdi ki, Medisonun polis rəisi Mayk Kovel qətlə yetirilmiş şəxsin silahsız olduğunu demişdi.
Amerikada polisin ötən bir neçə ildə rəhmsiz və rasistcəsinə hərəkətləri artıbdır.
ABŞ-da polis tərəfindən qaradərililərin öldürülmələrinin artmasının ardınca bu ölkənin müxtəlif məntəqələrində polis zorakılığına qarşı etirazlar genişlənibdir.
Cari ilin aprelində Nors Çarlston məntəqəsində Maykl Slager adlı bir ağdərili polis Valter Skatt adlı bir Afrika mənşəlini güllə ilə hədəfə aldı.

Teqlər