İyun 09, 2015 10:15 Asia/Baku
  • Amerikalı uşaqlar silahlı insident təhlükəsi qarşısında
    Amerikalı uşaqlar silahlı insident təhlükəsi qarşısında

Hər 4 amerikalı uşaqdan biri silahdan istifadənin olunması ilə bağlı insidentin təhlükəsi qarşısındadır.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, Medpage Today internet nəşri tərəfindən aparılan araşdırmaya əsasən hər 4 amerikalı uşaqdan biri 18 yaşına çatmazdan öncə silahdan istifadənin olunması ilə bağlı insidentin qurbanı olub.
Bu məlumata görə, həmçinin hər 33 amerikalı uşaqdan biri silah və yaxud bıçaqdan istifadə ilə bağlı insidentin qurbanı olub.
Silahdan istifadə ilə bağlı insidentə məruz qalan uşaqların sayı ümumilikdə 17,5 milyon nəfərdir. Bu isə Amerikada xərçəng və ya diabet xəstəliyindən əziyyət çəkən uşaqların sayından çoxdur.
Təhqiqatçıların qənaətincə, uşaqlıq dövründə belə bir təcrübə uşaqları depressiya, təşviş, psixoloji zərbə və digər psixoloji problemlərlə üzləşdirə bilər.
Qeyd etmək lazımdır ki, bu araşdırma 2-17 yaşlı 4 min 114 uşaq arasında aparılıb. Onların 15% Afrika əsilli, 19% isə ağdərili olub.
Ötən illərdə Amerikada silahın daşınmasının azad olması ilə yaranan insident və zorakılıq halları bu ölkədə qalmaqallı və nigaranedici məsələyə çevrilmişdir.
Silah istehsalçıları olan böyük şirkətlər bu ölkədə odlu silahların satışına məhdudiyyətin qoyulmasına mane olurlar.

Teqlər