İyun 15, 2015 09:02 Asia/Baku
  • Qəşqavi Neçirvan Barizani ilə görüşüb
    Qəşqavi Neçirvan Barizani ilə görüşüb

İraq Kürdüstanı məntəqəsinin baş naziri İran xarici işlər nazirinin konsulluq və parlament məsələləri üzrə müavini Həsən Qəşqavi ilə Ərbildə görüşüb

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, cümə günündən İraq Kürdüstanı məntəqəsində səfərdə olan İran xarici işlər nazirinin konsulluq və parlament məsələləri üzrə müavini Həsən Qəşqavi İraq Kürdüstanı məntəqəsinin baş naziri Neçirvan Barizani ilə görüşüb.
İraq Kürdüstanı məntəqəsinin yerli hökuməti bu görüş barədə bir bəyanat verərək bildirib ki, İŞİD-i məğlub etməkdə peşmərgə qüvvələrinin rolu və İranın İraq Kürdüstanına köməklərinin alqışlanması bu görüşün əsas mehvəri olub.
Neçirvan Barizan bu görüşdə 1991-ci ildən indiyə qədər İranın İraq kürdlərinə davamlı dəstəklərini də alqışlayıb.
Həmçinin İraq Kürdüstanı məntəqəsinin baş naziri İran və 5+1 Qrupunun anlaşmasını müsbət qarşılayaraq bildirib ki, bu anlaşma İran və bütün regionun xeyrinədir.
Qəşqavi və Barizani bu görüşdə iki tərəfin müxtəlif sahələrdəki münasibətlərinin yaxşılaşdırılması yolları barədə məsləhətləşmə aparıblar.
Kürddilli mediaların məlumatına görə, İranın Süleymaniyyədə yeni konsulluğunun yaradılması barəsində iki tərəf arasında müzakirələr aparılıb.
İran xarici işlə nazirinin müavini də bildirib ki, Tehran terrorizmlə mübarizə prosesində Ərbil və Bağdada dəstəklərini davam etdirəcək.

Teqlər