İyun 20, 2015 09:53 Asia/Baku
  • Vladimir Putin: İŞİD qruplaşması ABŞ-ın dəstəklədiyi İraq ordusundan daha çox silaha malikdir
    Vladimir Putin: İŞİD qruplaşması ABŞ-ın dəstəklədiyi İraq ordusundan daha çox silaha malikdir

İŞİD terror qruplaşması ABŞ-dan dəstək alan İraq ordusundan daha çox silaha malikdir.

Beynəlxalq Səhər Kanalınn APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt Peterburq Beynəlxalq İqtisadi Forumda bildirib.

“Mən İraqla bağlı bir neçə dəfə açıqlama vermişəm. Biz bilirik orada nə baş verir. İki-üç zərbə ilə İŞİD zirehli texnika və raketlər də daxil olmaqla xeyli silah-sursat ələ keçirdi, hazırda İraq ordusu bəlkə də o qədər silaha malik deyil. Geniş ictimaiyyət bu barədə az məlumatlıdır... Hazırda İŞİD ABŞ-ın dəstəklədiyi İraq ordusundan daha yaxşı silahlandırılıb”, deyə Putin qeyd edib.

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumda çıxışı zamanı Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları da şərh edib.

“Sanksiyalar nöqteyi-nəzərdən hər şey elə də pis deyil. Bunun müsbət və mənfi tərəfləri var”, deyə Putin bildirib.

“Bu bizim üçün faciə deyil”, deyə Rusiya prezidenti vurğulayıb.

Teqlər