İyul 11, 2015 09:31 Asia/Baku
  • Putin İranın neft hasilatının artması haqda danışıb
    Putin İranın neft hasilatının artması haqda danışıb

Rusiya prezidenti Başqırdıstanın mərkəzi olan Ufa şəhərində keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya beynəlxalq sanksiyaların ləğvindən sonra İranın neft hasilatının artmasını bu ölkə üçün təbii hal bilir.

IRNA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin həmçinin deyib: Təbiidir ki, İran sanksiyaların ləğvindən sonra öz neft istehsalını artıracaq və bu ölkənin neft ixracatı həcmi ehtimal üzrə artacaqdır.
Rusiya prezidenti sonra deyib: Dünya iqtisadiyyatı İranın neft istehsalının artması ilə özünü uyğunlaşdıracaq. Rusiya iqtisadiyyatı da bu vəziyyət malik olacaq və biz İranın neft hasilatının artmasına tam hazırıq.
İran rəsmiləri bildiriblər ki, əhatəli razılaşmaya çatma və sanksiyaların ləğvi ilə İranın neft hasilatı və onun ixracat miqdarı nəzərəçarpacaq həddə artacaqdır.
İran Milli Neft Şirkətinin sərəncamçı müdiri Roknəddin Cəvadi bundan öncə bildirmişdi ki, İran ola bilsin, sanksiyaların ləğvindən sonra öz neft hasilatını gündə iki milyon beş yüz min barelə çatdırmış olsun.

Teqlər